Proqram

Müasir “İpək Yolu” üzərində Türk Dövlətlərinin Sosial-Mədəni İnteqrasiya Prosesləri: Çağırışlar və Perspektivlər

Konfrans Proqramı

19 Noyabr 2025 – I Gün

08.00 -09.00

Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət

Bakı, Azərbaycan Memarlıq və İnşaat Universiteti (və ya AMEA-nın kitabxanası)

09:00 – 10:00 – Qeydiyyat

10:00 – 11:00 – Açılış nitqi

akademik İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Giriş sözü

  • Prof. Gülçöhrə Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
  • Prof. İlham Məmmədzadə  – AMEA Fəlsəfə və Sosiololgiya İnstitutunun direktoru

      Dövlət rəsmilərinin, elm xadimlərinin və xarici qonaqların seçmə nümayəndələrinin çıxışı:

  • Oljas Süleymenov – yazıçı, ictimai-siyasi xadim, səfir (Qazaxıstan).
  • Prof. Ahmet Hacımüfti oğlu – Erzurum Universitetinin rektoru (Türkiyə).
  • Kokand  Universitetinin rektoru (Özbəkistan).
  • Dos. Dr. Lalə Nəsibova – Ingla International Education Training Center direktoru (Azərbaycan).
  • Deputatlardan 2 nəfərin çıxışı

11:00 – 11:30 – Plenar Mühazirə I

“Türk Dünyasında Sosial-Mədəni İnteqrasiya: Tarixi İrsdən Gələcəyə doğru”
🔹  F. Qurbanov  fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri

11:30 – 13:00 – Plenar Sessiya I

Mövzu: “Ortaq Dil, Əlifba və Təhsil Strategiyaları”

  • Türk xalqlarında ortaq əlifba təşəbbüsləri
  • Təhsil mühitində ortaq dərslik və proqramlar
  • Gənc nəsil arasında inteqrasiya mexanizmləri

13:00 – 14:30 – Nahar fasiləsi

14:30 – 16:30 – Paralel Sessiyalar

  • Sessiya A: Elm və fəlsəfədə əməkdaşlıq: çağırışlar və imkanlar
  • Sessiya B: Tarixi-mədəni irsin qorunması və müasir kontekstdə istifadəsi

16:30 – 17:00 – Qəhvə fasiləsi

17:00 – 18:30 – Dəyirmi Masa: “Türk Dövlətlərində Gənclərin Sosial-Mədəni İnteqrasiyası: Təhsil və Media Platformaları”

19:30 – Ziyafət

20 Noyabr 2025 – II Gün

09:30 – 11:00 – Plenar Sessiya II

Mövzu: “Mədəni İnteqrasiya və Multikulturalizm: Qloballaşma Kontekstində Türk Dünyası”

11:00 – 11:30 – Qəhvə fasiləsi

11:30 – 13:00 – Paralel Sessiyalar

  • Sessiya C: Rəqəmsallaşma və Türk dövlətlərinin informasiya məkanında əməkdaşlığı
  • Sessiya D: Diplomatiya və təhlükəsizlik: inteqrasiya proseslərinin geosiyasi aspektləri

13:00 – 14:30 – Nahar fasiləsi

14:30 – 16:00 – Plenar Müzakirə

Mövzu: “Müasir İpək Yolu üzərində Sosial-Mədəni İnteqrasiya: Perspektivlər və Strateji Yanaşmalar”

16:00 – 17:00 – Yekun Sessiya

  • Konfransın yekun hesabatı
  • Tövsiyələrin qəbul olunması
  • Təşkilatçılar tərəfindən yekun çıxışlar

17:00 – 17:30 – Bağlanış

Əlavə tədbirlər

  • Konfrans çərçivəsində elmi kitab və nəşrlərin təqdimatı
  • Azərbaycan mədəniyyətinə dair sərgi və musiqi proqramı (TDT-nın bayraqları, himni, rəmzləri, İpək yolu və Zəngəzur dəhlizi motivləri və s)
  • Bakı şəhərinin tarixi-mədəni yerlərinə ekskursiya (20 noyabr axşamı)