Konfrans

ƏRZURUM ATATÜRK UNİVERSİTETİ  (TÜRKİYƏ)

ORTA DOĞU TEKNIK ÜNIVERSITESI (TÜRKİYƏ)

KOKAND UNİVERSİTETİ (ÖZBƏKİSTAN)

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ

“FƏLSƏFƏ VƏ SOSİOLOGİYA  İNSTİTUTU”

AZƏRBAYCAN DÖVLƏT MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR

mövzusunda beynəlxalq konfrans keçirmək planlaşdırılır. Beynəlxalq konfrans 2025-2026-cı illəri əhatə edən üç mərhələli birgə layihə şəklində həyata keçiriləcəkdir. Onlar aşağıdakılardır:

  1. Azərbaycan, Bakı: 19-20 Noyabr 2025-ci il:

     MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SOSİAL-MƏDƏNİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR (

  1. Türkiyə: May 2026-cı il:

     MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SİYASİ-İQTİSADİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR

  1. Özbəkistan, Kokand: Oktyabr 2026-cı il:

    MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SOSİAL-İQTİSADİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR  


  1. BİRGƏ LAYİHƏNİN AKTUALLIĞI

      Avroasiyanın gələcək inkişafı və əlaqələrin genişlənməsi ilə bağlı olaraq yeni imkanlar açılmışdır. türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Türk dövlətlərinin sosial-mədəni, iqtisadi və siyasi inteqrasiyası və inkişaf yollarının perspektivləri bir sıra yeni çağırışların yaranması və qarşıya çıxan yeni vəzifələrin həll olunması zərurətini qarşıya çıxarır. Bu məsələlərin aktuallığını və həll olunması aşağıda göstərilən amillərlə izah olunur:

  • Son onilliklərdə türk dövlətləri arasında müxtəlif səviyyələrdə, o cümlədən iqtisadi, mədəni və siyasi sahələrdə qarşılıqlı münasibətlərdə inkişaf müşahidə olunur. Bu prosesin daha da inkişafı, onların gələcəyini və beynəlxalq siyasətdəki rolunu gücləndirir. Bu isə, öz növbəsində Türk dövlətləri arasında birgə fəaliyyətin, beynəlxalq mədəni əlaqələrində əməkdaşlığın, ortaq siyasi və iqtisadi fəaliyyətlərin dərinləşdirilməsini zəruri edir
  • Türk dövlətləri beynəlxalq aləmdə öz mövqelərini gücləndirmək zərurəti ilə üzləşirlər. Onlar arasında hərtərəfli inteqrasiya, onların uğurlu inkişafına və dünya miqyasında daha böyük təsirə malik olmasına zəmin yaradır.
  • Türk dövlətlərinin həll olunası bir sıra məsələləri vardır. Uğurlu əməkdaşlığa maneə yaradan siyasi, iqtisadi və sosial-mədəni problemlər araşdırılıb təhlil olunmalı və türk dövlətlərinin birgə səyi ilə aradan  qaldırılmalıdır. Bu problemlərin həlli yollarının işlənib hazırlanması nəinki regionda, habelə beynəlxalq aləmdə qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmlən­məsi üçün böyük əhəmiyyət kəsb edir.
  • Türk dövlətləri daxilində qarşılıqlı mədəni fəaliyyət, yeni ticarət və iqtisadi marşrutların yaradılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və birgə layihələrin yaradılmasına kömək edər. Bu isə, ölkələrdə davamlı iqtisadi artıma nail olmaq üçün mühüm addım olar.
  • İnteqrasiyanın mühüm komponenti mədəni dəyərlərin mübadiləsi, adət-ənənələrin, dil və milli kimliyin dəstəklənməsidir. Bu, dövlətlərarası əlaqələri gücləndirməklə yanaşı, həm də beynəlxalq əhəmiyyət kəsb edən mədəni müxtəlifliyin, türksoylu identikliyin inkişafına və dərin­ləşməsinə yeni  töhfələr verər.

         Beləliklə, təqdim olunan layihə türk dövlətlərinin inteqrasiyasının mühüm aspektlərini araşdırır və mövcud problemlərin həllinin mümkün yollarını təklif etməklə türk dövlətlərinin beynəlxalq səviyyədə yeni status qazanmasına zəmin yaradır.

  1. BİRGƏ LAYİHƏNİN MƏQSƏDİ
  • Türk dövlətlərinin universitetləri arasında akademik əməkdaşlığın güclən­dirilməsi;
  • Sosial-mədəni, siyasi və iqtisadi sferalarda inteqrasiyanın əsas çağırışlarını və perspektivlərini qeyd etmək;
  • Alimlərin fikir, araşdırma və təklif mübadiləsi üçün platformanın yaradılması;
  • Türk Dövlətləri Birliyi daxilində strategiya və siyasətlərin işlənib hazırlanması üçün istifadə oluna biləcək resurs yaratmaq;
  • Türk dövlətlərindəki universitetlərin alimlərindən elmi məqalələrin toplan­masının təşkili;
  • Mütəxəssis seçimi və məqalələrin nəzərdən keçirilməsi;
  • Toplunu çap və elektron formatda nəşr etmək;
  • Təqdimatlar, konfranslar və onlayn platformalar vasitəsilə nəticələri popul­yarlaşdırmaq.
  1. LAYİHƏNİN STRUKTURU

     Türkiyə, Azərbaycan və Özbəkistanda Layihənin Təşkilat Komitələrinin yaradılması və onların Ortaq Komissiyasının təşkili

  1. Azərbaycanda Layihənin Təşkilat Komitəsi

Həmsədrlər:

  • AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq elmləri doktoru, professor Gülçöhrə Məmmədova 

Katiblik:

  • Fəls.ü.f.d, dosent Könül Əliyeva
  • Fəls.ü.f.d, dosent Sevinc Həsənova
  • Fəls.ü.f.d, dosent Rauf Məmmədov
  • Fəls.ü.f.d, dosent Qabil Camalov
  • Fəls.ü.f.d, dosent Həbib Hüseynov

       Ortaq Komissiyanın tərkibi:

  • AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq elmləri doktoru, professor Gülçöhrə Məmmədova
  • Ərzurum Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu
  • Kokand Universitetinin rektoru

2025-2026 ildə Bakıda keçirilməsi nəzərdə

tutulan beynəlxalq konfransın mövzusu:

MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SOSİAL-MƏDƏNİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR

Bu beynəlxalq konfransın məqsədi, Türk dövlətlərində sosial-mədəni sahələrdə mövcud çağırışları, inteqrasiya perspektivlərini və strategiyalarını təhlil etmək üçün türk ölkələrindən olan alimlərin, universitetlərin, elm mərkəzlərinin elmi səylərini birləşdirməyə yönəlib. Konfransın keçirilməsi və onun toplusunun ərsəyə gəlməsi üçün, tədqiqatçıları, elmi təşkilatların nümayəndələrini, müvafiq sahələrdən olan müəllimləri və mütəxəssisləri dəvət edirik.

KONFRANSIN ELMI KOMITƏSI

Akademik İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (Azərbaycan).
Prof. Gülçöhrə Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru (Azərbaycan).
Prof. İlham Məmmədazadə – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru (Azərbaycan).
Akademik Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru (Azərbaycan).
Akademik Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan).
Prof. Hamlet İsaxanlı – Xəzər Universiteti, Direktorlar və Qəyyumlar Şurasının sədri (Azərbaycan).
Prof. Məhəbbət Məmmədov – Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdürü (Azərbaycan).
Dos. Dr. Lalə Nəsibova – Ingla International Education Training Center direktoru (Azərbaycan).
Dos. Dr. Rauf Məmmədov – Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti (Azərbaycan).
Dos. Dr. Könül Əliyeva – Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdürü (Azərbaycan).
Dos. Reyhan Əkbərli – Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi-Tədqiqat şöbəsinin müdürü (Azərbaycan).
Prof. Kerem Karabulut – Erzurum Atatürk Universiteti (Türkiyə).
Prof. Barış Doster – Mərmərə Universiteti (Türkiyə).
Prof. Dr. Dilek Özdemir – İstanbul Universiteti (Türkiyə).
Prof. Dr. Ahmet Bican Ercilasun – Qazi Universiteti (Türkiyə).
Prof. Dr. Osman Fikri Sertkaya – İstanbul Universiteti, Türk Dil Araşdırmaları Mərkəzi (Türkiyə).
Prof. Dr. Ahmet Taşağıl – Yeditepe Universiteti (Türkiyə).
Prof. Dr. Saadettin Gömeç – Ankara Universiteti (Türkiyə).
Prof. Dr. Ayşegül Aydıngün – Orta Doğu Texniki Universiteti (Türkiyə).
Prof. Ahmet Hacımüfti oğlu – Erzurum Universitetinin rektoru (Türkiyə).
Dos. Dr. İslambek Jynijejaylı Raimov – Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi (Qazaxıstan).
Prof. Nagima Baitenova – Fərabi adına Qazax Milli Universiteti, Almatı (Qazaxıstan).
Akademik Negina Şirmuhammedova – Özbəkistan Respublikası Elmlər Akademiyası (Özbəkistan).
Prof. Zebo Qobilova Bakirovna – Elmi işlər və innovasiyalar üzrə prorektor, filologiya elmləri doktoru
Prof. Saralayev Nur Kerimkuloviç – Qırğızıstan Elmlər Akademiyası, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (Qırğızıstan).
Prof. Dilara Apozeva Urumbayeva – Bişkek Tibb İnstitutu, prorektor (Qırğızıstan).
Prof. Arzımatova Aynura Atıqayevna – Qırğızıstan Milli Universiteti (Qırğızıstan).
Akademik Mircea Dimitru – Rumıniya Elmlər Akademiyasının vitse-prezidenti (Rumıniya).
Prof. Viorel Vizureanu – Rumıniya Elmlər Akademiyası, Fəlsəfə və Psixologiya İnstitutu (Rumıniya).
Prof. Thierry Zarcone – CNRS, Milli Elmi Araşdırmalar Mərkəzi (Fransa).
Dos. Dr. Rachida Chih – CNRS, Milli Elmi Araşdırmalar Mərkəzi (Fransa).
Dos. Dr. Alexandre Papas – CNRS, Milli Elmi Araşdırmalar Mərkəzi (Fransa).
Dos. Dr. Mehemood Ul Hassan Khan – Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi, icraçı direktor (Pakistan).
Dos. Dr. Neil Watson – TEAS Press, tərcümələr direktoru, Kral Cəmiyyətinin üzvü (Böyük Britaniya).

Toplunun əsas bölmələri

      1. Türk dünyasında ortaq əlifba və dilin inkişafı: problemlər və perspektivlər

  • Türk dövlətləri arasında ortaq əlifbanın istifadəsinin problemləri və inkişaf etdirilməsi yolları.
  • Türk dövlətləri arasında ortaq dilin istifadəsinin problemləri və inkişaf etdirilməsi yolları.
  • Ortaq Türk əlifbasının istifadəsi üçün təhsil sistemindəki islahatlar və çətinliklər.
  • Media və rəqəmsal platformalar vasitəsilə ortaq əlifbanın yayılmasının təşviqi.
  • Türk dövlətləri arasında dil siyasətinin uyğunlaşdırılması və ortaq dilin inkişafı üçün konkret strategiyalar.
  • Türk dövlətləri arasında ortaq dil və əlifbanın inkişafının regoinun mədəni, siyasi və iqtisadi inkişafına təsirləri
  • Türk dilinin beynəlxalq səviyyədə istifadəsi və tanınması məsələləri.

        2. Türk dünyasında elm və təhsil üzrə inteqrasiya modelləri: təcrübə və yeni yanaşmalar

  • Türk dünyasında ortaq dərsliklərin yazılması məsələsi
  • Türk dünyasında ortaq fəlsəfi düşüncə tarixi layihəsinin hazırlanması
  • Türk dünyasında ortaq türk xalqlarının tarixi layihəsinin hazırlanması
  • Türk dünyasında ortaq elmi və fəlsəfi terminalogiyanın inkişaf etdirilməsi məsələsi
  • Elm və təhsil sahəsində birgə strategiyaların yaradılmasının əhəmiyyəti və praktiki tətbiqi.
  • İnkişaf edən müasir təhsil yanaşmalarının Türk dünyasında tətbiqi və inteqrasiya potensialı.
  • Türk dövlətlərinin universitetləri arasında müştərək tədris proqramları və tələbə-müəllim mübadiləsi.
  • Elm sahəsində Türk dövlətləri arasında ortaq tədqiqat mərkəzlərinin yaradılması və tədqiqat sahələrində əməkdaşlıq.
  • İnnovasiya sahəsində ortaq layihələrin inkişafı və elmi yeniliklərin birgə tətbiqi.

      3. Türk dünyasında mədəni inteqrasiyanın əsas prinsipləri və perspektivləri

  • Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və mədəni inteqrasiyanın əsas prinsipləri.
  • Ortak mədəni dəyərlərin və kimliyin qorunması və gücləndirilməsi.
  • Türk dünyasında mədəni kimliyin təbliği və bərpası üçün ortaq strategiyaların hazırlanması.
  • Mədəni irs sahəsində ortaq layihələr və sərgilər: Türk dünyasının tarixi və mədəniyyətinin dünya miqyasında tanıdılması.
  • Türk dünyasında memarlıq, ədəbiyyat, musiqi, rəqs və digər sənət sahələrində əməkdaşlığın artırılması.
  • Mədəni turizmin inkişafı və Türk dünyasında birgə mədəni turizm marşrutlarının yaradılması.
  • Türk mədəniyyətinin rəqəmsal mühitdə təbliği üçün ortaq platformaların yaradılması.
  • Türk dövlətləri arasında mədəni mübadilə proqramları və əməkdaşlıq imkanları.
  • Qadınların sosial-mədəni inteqrasiya proseslərindəki rolu və iştirak səviyyəsi.
  • Gender bərabərliyi və qadın hüquqları məsələləri: Türk dövlətlərində bu istiqamətdə görülən işlər.
  • Ailə institutunun sosial-mədəni inteqrasiyadakı yeri və rolu.
  • Müasir dövrdə İslamın elmi şəkildə təbliğinə dair yeni metodların inkişafı və tətbiqi.
  • Türk dünyasında İslamın elmi təfəkkürlə təbliğ edilməsi: Elm və dinin qarşılıqlı əlaqəsi.
  • İslamın elm və mədəniyyətə olan təsiri: Türk dünyasında elmi və mədəni inkişafın təbliğində İslamın rolu.

Məqalələrə dair tələblər:

  1. Mülliflər tərəfindən elmi işçilərin identifikasiyası üçün istifadə olunan öz “Orcid” və ya “Researcherll”-in göstərilməsi.
  2. Məqalə əvvəllər nəşr edilməmiş, orijinal olmalıdır.
  3. Məqalənin başlanğıcında UOT, müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi və elmi adı, yaşayış yeri, iş yeri, telefon nömrəsi və elektron ünvanı göstərilir.
  4. Məqalə bu ardıcıllaqda strukturlaşır: xülasə, giriş (problemin qoyuluşu), məqsəd və vəzifələr, işlənmə dərəcəsi (nəşrlərin analitik icmalı), elmi yenilik, əsas mətn (zərurət olduqda ayrı-ayrı başlıqlarla hissələrə bölünür), nəticə və çıxarışlar, istifadə edilmiş ədəbiyyat siyahısı.
  5. 250-300 sözdən ibarət xülasə, yenə də, bu ardıcıllıqda strukturlaşır: məqalənin məqsədi, istifadə olunmuş metodologiya və metodlar, elmi yenilik və yekun çıxarışlar, “açar sözlər” (5-7 söz).
  6. Məqalələrin həcmi: 5–12 səhifə.
  7. Məqalələr A 4 formatında, yuxarıdan, sağdan və aşağıdan 2 sm, soldan 3 sm 1 intervalla, “Times New Roman” şrifti, 12 şriftlə elektron formatda (şrift 12 olmaqla) redaktora təqdim olunur.
  8. Məqalə və sitatlar müəllif tərəfindən redaktə edilməli və yoxlanılmalıdır. Haşiyələr mətn daxilində kvadrat mötərizədə verilmişdir, məsələn, [Semenova N.K. Müasir fəlsəfənin tədrisi, 2019], məqalənin sonunda “İstifadə olunan ədəbiyyat” və “İstifadəçilər” bölmələri var.
  9. Dil: məqalələr türk, rus, ingilis və yerli türk dillərində ortaq türk əlifbası ilə qəbul edilir.
  10. Elmi məqalələrə yalnız nəşrin baş redaktorları tərəfindən onların nəşrinin mümkünlüyü barədə ilkin müsbət qərar verildikdə rəy verilir. Monoqrafiyanın əhatə dairəsinə və ya elmi keyfiyyət meyarlarına uyğun gəlməyən məqalələr nəzərdən keçirilmir. Bu halda müəllifə qısa mənfi cavab göndərilir. Redaktorlar bu cür məqalələrin müəlliflərinə ətraflı rəy verməmək hüququnu özündə saxlayır.
  11. Məqalənin məzmununa görə müəllif məsuliyyət daşıyır.
  12. Bütün məqalələr plagiat üçün yoxlanılır. Plagiat təsdiqlənərsə, məqalənin dərcindən imtina edilir.

Materialların təqdim edilməsi üçün son tarixlər:

Məqalələrin son qəbul tarixi: 15 noyabr 2025-ci il

Məqalələrin qəbul ünvanı – E-mail: muhemmedrauf@gmail.com


       Əlaqələr: